Britaniyalı gənclər: `Gələcəyimizi dağıtdınız`


03:25     25 İyun 2016 ingilisler.jpg

Gənc britaniyalılar ölkənin Avropa İttifaqından çıxması üzrə səsvermədəki nəticələrə görə yaşlı nəsildən inciyiblər.


Femida.az xəbər verir ki, gənc britaniyalıların əksəriyyəti sosial şəbəkələrdə yazırlar ki, “Brexit”ə səs verən pensiyaçılar gənclərin gələcəyini dağıdıblar.

Yaşlı mühafizəkarlar isə əmindirlər ki, yalnız belə nəticə ölkədəki vəziyyəti yaxşılaşdırmağa kömək edəcək.

18-24 yaşlı britaniyalıların 64 faizi Britaniyanın Avropa İttifaqında qalmasının lehinə səs verib. Onlar güman edirlər ki, Aİ-də üzvlük sərbəst hərəkət, işçi hüquqlarını qorumaq və resessiyadan xilas olmaq deməkdir.

65 yaşından yuxarı insanların 58 faizi isə hesab edir ki, “Brexit” miqrasiya böhranının öhdəsindən gələcək və Brüsselin diktaturasından xilas olmağa kömək edəcək.

Açar sözlər:

Oxunub: 1410